Müəllimlərin işə qəbulu üzrə test imtahanı keçiriləcək - BU GÜN

Müəllimlərin işə qəbulu üzrə test imtahanı keçiriləcək - BU GÜN

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə test imtahanı keçiriləcək - BU GÜN

87347

Bu gün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanı keçiriləcək.

Bu barədə Bizim.Media Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir. 

İmtahan saat 11:00-da başlanacaq, 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmələri xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada təşkil olunur.

İmtahanda iştirak etmək üçün 1 992 namizəd qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 180 nəzarətçi‑müəllim, 24 buraxılış rejimi əməkdaşı ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO