BÜRCLƏR gələcək həyat yoldaşları ilə hansı məkanda RASTLAŞIRLAR?  

BÜRCLƏR gələcək həyat yoldaşları ilə hansı məkanda RASTLAŞIRLAR?  

Hazırda oxunan: BÜRCLƏR gələcək həyat yoldaşları ilə hansı məkanda RASTLAŞIRLAR?  

87166

Evlənəcəyi insanın kim olacağı, yəqin ki, bütün subaylar üçün maraq doğuran məsələdir. Onu harada tapacaqları isə ən az həmin şəxsin kimliyi qədər vacibdir.

Bizim.Media bürclərin öz həyat yoldaşlarını harada tapacaqlarını araşdırıb.

Qoç 

Əyləncə, gecə həyatı və rəqsdən doymayan bu bürcün nümayəndələrinə özləri kimi bir həyat yoldaşı lazımdır. Böyük ehtimalla onlar yoldaşları ilə klubda rastlaşacaqlar.

Buğa

Tənbəl buğalar üçün evlənəcəyi insanı tapmaq olduqca çətindir. Lakin artıq bunun üçün sosial şəbəkələr var. Astroloqların proqnozuna görə, bu bürcün nümayəndələri həyat yoldaşlarını tinderdə tapacaqlar. 

Əkizlər

Əkizlər insanlarla tanış olmaqda ustadırlar. Onlar böyük ehtimalla küçədə gedərkən həyat yoldaşlarına rast gəlib, onunla tanış olacaqlar. 

Xərçəng

Xərçənglər artıq öz sevgilərini tapıblar. Bu iş yoldaşıdır. Uzun müddət ona baxdılar və bir dəfə cəsarətlərini toplayıb ürəyindən keçənləri dedilər. İndi oturub bir-birlərini daha yaxından tanımaq üçün məqam gözləyirlər. 

Aslan

Sizə lazım olan tək şey gözəl paltar və ya gözəllik salonunda seansdır. Daha sonra evlənəcəyiniz insan özü gəlib sizi tapacaq. Bu, böyük ehtimalla səyahətdə baş verəcək. 

Qız 

Qızlar ikinci yarını dostlar arasında axtarmalıdırlar. Özüdə ən yaxınları arasında. Çünki dost kimi onların komplekslərinə dözən insan həyat yoldaşı kimi də onu xoşbəxt edəcək. 

Tərəzi

Siz xaraktercə eyni olan insanı axtarırsınız. Bunun üçün də həyat yoldaşınızı da sosial fəaliyyət üçün daim ziyarət etdiyiniz yerdə tapacaqsınız. 

Əqrəb

Əqrəblər də əylənməyi bacaran insanlardır. Onlar yəqin ki, evlənəcəkləri insana da ad günü və toy məclisində rast gələcəklər.

Oxatan

Sosial şəbəkələrin üzdə olan siması oxatanlar böyük ehtimalla elə burada tapacaqlar. Bir gün gələcək həyat yoldaşları onların paylaşımlarına rəy bildirəcək və yeni tanışlığın əsası qoyulacaq. 

Oğlaq

Oğlaqlar ciddi insanlardır, lakin bu, onlara iş və şəxsi həyatı qarışdırmağa mane olmur. Oğlaqlar konfranslarda və ya təkmilləşdirmə kurslarında şəxsi əlaqələr qururlar.

Dolça

Dolça bürcü iş günlərində məşğul olur. Onlar bu zaman romantik münasibət barədə düşünmürlər. Lakin onların evlənəcəkləri insan yaxınlıqdadır. Sadəcə işdən vaxt ayırıb ətrafa diqqət yetirməlidirlər. 

Balıq

Həyat yoldaşınızı tapmaq istəyirsinizsə, romantik məkanları, yaxud da gün batımında dəniz sahilini ziyarət edin. Axtardığınız romantik həyat yoldaşı obrazı həmin yerlərdə qarşınıza çıxacaq. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO