Deputatdan ETİRAZ: “Bakı bu GÜLLƏRDƏN təmizlənməlidir”

Deputatdan ETİRAZ: “Bakı bu GÜLLƏRDƏN təmizlənməlidir”

Hazırda oxunan: Deputatdan ETİRAZ: “Bakı bu GÜLLƏRDƏN təmizlənməlidir”

86988

Bu günlərdə paytaxtımızın küçə və prospektlərində, həmçinin park və xiyabanlarda əkilən oleander kolu haqqında söhbət açmışdıq. Mövzu ictimai marağa səbəb olub. 

Eləcə də, qaldırılan məsələ müəyyən narahatçılq yaradıb. Hər bir vətəndaş şəhər landşaftına və ekoloji duruma xələl gətirən ağac və gül kolların əkilməsini birmənalı şəkildə pisləyir.

Xüsusilə də paytaxtdakı yolların kənarında və yaşıllıq zolaqlarında oleander bitkisinin əkilib- becərilməsini qəbuledilməz hesab edirlər. Çünki, cəhrayı-ağ çiçəkləri olan bu bitki ətrafa zəhər saçır və onlara toxunan, qoxlayan körpələr üçün də birbaşa ölüm mənbəyidir.
Bununla bağlı ölkəmizdəki tanınmış bioloqlar da həyəcan təbili çalıblar. Lakin bu kolların hələ də paytaxtımızın küçələrində və yaşıllıq zolaqlarında qalması təhlükənin yaşaması deməkdir.

Bəs onları parklardan yığışdırmaq və başqa kollarla əvəz etmək mümkün deyilmi? Bununla hansı qurumlar məşğul olmalıdır?

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, millət vəkili Asim Mollazadə da Bizim.Media ilə söhbətində məsələdən hali olduğunu və  narahatçılığını bildirdi: 

“Vaxtında qaldırılmış məsələdir. Paytaxtımız hər birmizin qürur və gündəlik yaşam yeridir. Ona görə də Bakının ekologiyası hər bir vətəndaşı narahat etməlidir.Mən də bir millət vəkili kimi bu məsələdə öz etirazımı bildirirəm.
Paytaxtımız oleander kimi zəhərli bitkilərdən təmizlənməlidir. Əgər elm sübut edirsə ki, bu bitkilər zəhər saçır. Deməli müvafiq qurumlar elm adamlarının səsini eşitməlidir”.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin ictimai siyasi şöbənin müdir müavini İsrafil Kərimovla əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında məsələ ilə bağlı məlumatlı olduğunu söylədi: 

“Oleander kolları əvvəlki illərdə əkilib. Onların da qısa zamanda köçürülməsi mümkün deyil. Amma məsələnin həlli diqqətimizdədir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO