DİN-dən Bakıda həkimin övladının və anasının döyülməsilə bağlı AÇIQLAMA  

DİN-dən Bakıda həkimin övladının və anasının döyülməsilə bağlı AÇIQLAMA  

Hazırda oxunan: DİN-dən Bakıda həkimin övladının və anasının döyülməsilə bağlı AÇIQLAMA  

86964

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə səhifələrində həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin döyülməsi iddialarına münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib. 

Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb.  
Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb.  

Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO