Xınalıqda evlər bərpa edilir – FOTO

Xınalıqda evlər bərpa edilir – FOTO

Hazırda oxunan: Xınalıqda evlər bərpa edilir – FOTO

86959

Qubanın Xınalıq kəndində əmisinin evini təmir edərkən divar uçması nəticəsində həyatını itirən kənd sakini, 35 yaşlı  Eldəniz Zal oğlu Zeynalovun ölümü ilə bağlı rayon prokurorluğunda araşdırmalar davam edir.

Bizim.Media xəbər verir ki, araşdırmaların sonunda fakta hüquqi qiymət veriləcək.

Qeyd edək ki, UNESCO tərəfindən tanınan Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun ərazisində yerləşən 160 evin  Xınalığın qədim evləri  kimi yenidən bərpa olunmasına qərar verilib.
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçən il 20 ev bərpa edilib, bu il üçün 20 evin bərpası nəzərdə tutulub.

Hələlik 6 ev bərpa edilir və bədbəxt hadisə də bu evlərin birinin həyətində baş verib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO