DSX hərbi hissələrində andiçmə mərasimi keçirildi - FOTO 

DSX hərbi hissələrində andiçmə mərasimi keçirildi - FOTO 

Hazırda oxunan: DSX hərbi hissələrində andiçmə mərasimi keçirildi - FOTO 

86934

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissə¬lərində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. 

Xidmətin mətbuat mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

DSX hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTO


Çıxış edənlər gənc əsgərlərin DSX-nin heyəti sırasına daxil olmalarının sərhəd mühafizəsinin 103-cü ildönümünə təsadüf etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini vurğulayıb. 

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulayıb. 

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO