Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslərin məhkəməsi başlayır

Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslərin məhkəməsi başlayır

Hazırda oxunan: Xocavənddə xarici şirkətin avtomobilini oğurlayan şəxslərin məhkəməsi başlayır

86872

Xocavənd rayonunda şirkətə məxsus avtobobildən oğurluq etməkdə təqsirli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq. 

İttihama görə, Xocavənd rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində xarici şirkətə məxsus “Hovo” markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar. 

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gəliblər və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparıblar. 

Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Cinayət işi üzrə “Kolin İnşaat Turizm Sənayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi zərərçəkmiş qismində tanınıb. Şirkətin baş ofisi Türkiyədə yerləşir. Şirkət işğaldan azad olunmuş ərazilərdə bir sıra tikinti işləri ilə məşğuldur. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO