100 minə yaxın insan BU QƏRARIN faydasını görəcək - 30 ilin ən böyük HUMANİTAR AKSİYASI

100 minə yaxın insan BU QƏRARIN faydasını görəcək - 30 ilin ən böyük HUMANİTAR AKSİYASI

Hazırda oxunan: 100 minə yaxın insan BU QƏRARIN faydasını görəcək - 30 ilin ən böyük HUMANİTAR AKSİYASI

86669

Dövlət hər zaman vətəndaşın yanındadır. Bu gəlişigözəl sözlər deyil. Konkret faktlara əsaslanan dəmir məntiqdir. Çünki, dövlət aztəminatlı və imtiyazlı şəxsləri hər zaman diqqət mərkəzində saxlayır. Onların məşğulluğu, sosial müdafiəsi üçün davamlı tədbirlər həyata keçirilir.

Respublika prezidenti İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramı da bunun əyani sübutudur.

Hökümətin təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlayıb. İlkin olaraq sənədləri e-sistemdə olan 11 mindən artıq müharibə əlilinin bank hesablarına müvafiq vəsaitlər köçürülüb.
Bu proqram 100 minə yaxın insanın sosial durumunu yaxşılaşdıracaq

Etiraf etməliyik ki, bu çox böyük humanitar aksiyadır. Bu aksiya on minlərlə Birinci Qarabağ əlilini əhatə edir. Ümumilikdə isə bu aksiyadan 100 minə yaxın insan faydalanacaq. Nəzərə alaq ki, Ölkə Başçısının biləvasitə göstərişi ilə icra olunan layihədə müharibə əlillərinə kifayət qədər iri məğbləğdə birəfəlik ödənişlər edilir.

Beləki, birinci qrup əlillərə 8 min 800, ikinci qrup əlilərə 6 min 600, üçüncü qrup əlillərə isə 4 min 400 manat birdəfəlik vəsait veriləcək. İndiki qlobal qiymət artımı fonunda dövlətin vətəndaşına bundan artıq dəstəyi başqa necə ola bilər ki?!

Son 30 ilin ən böyük humanitar aksiyası

Birinci Qarabağ müharibəsi əlillərinə yönəlik bu aksiya öz miqyasına və ayrılan dövlət vəsaitinin həcminə görə son 30 ildə həyata keçirilən ən böyük humanitar proqramdır. Burda bir necə vacib və maraqlı məqamlar da var.
Birincisi, bu humanitar proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun qüvvəyə mindiyi 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını əhatə edir. 

İkincisi, vəfat edən Birinci Qarabağ əlillərinin vərəsələri də bu aksiyadan fayda görəcək.

Üçüncüsü, bu humanitar proqram 1994-cü ilin yazında qüvvəyə minən Atəşkəs anlaşmasına qədər olan dövrü deyil, 1997-ci ilin avqustuna qədər olan tam 7 illik müddəti əhatə edir.

Bu isə onu deməyə əsas verir ki, bu ölkədə hek kim yaddan çıxmır, heç bir xidmət unudulmur. Dövlət hər şeyi diqqətdə saxlayır, hər fürsətdə vətəndaşının rifahı üçün addımlar atır.
Qələbənin gətirdiyi böyük dvidentlər isə gələcəkdə də ölkənin, dövlətin, xalqın daha da firavanlaşmasına xidmət edəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO