Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO

Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO

Hazırda oxunan: Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO

86642

Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Yüksəliş” müsabiqəsində qalib olmuş şirkət əməkdaşları ilə görüşüb.

Bizim.Media SOCAR-a istinadən xəbər verir ki, görüşdə R.Nəcəf bu layihənin Prezident İlham Əliyevin uğurlu kadr islahatlarının mühüm istiqamətlərindən biri olduğunu söyləyib.

O, bildirib ki, bu müsabiqə liderlik keyfiyyətlərinə və yüksək səviyyəli idarəetmə bacarığına malik perspektivli gənc liderlər üçün parlaq karyera başlanğıcı ola bilər.

SOCAR əməkdaşlarının çox faydalı, eyni zamanda, şəffaf mexanizmə əsaslanan müsabiqənin qalibləri sırasında olmasının şirkət üçün əlamətdar hadisə olduğunu söyləyən şirkət prezidenti qaliblərə peşəkar inkişaf yolunda uğurlar diləyib, qalib əməkdaşlara fəxri fərman təqdim edib.
Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilmiş "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO