Yararsız ət satan şəxslər müəyyən olundu - FOTO

Yararsız ət satan şəxslər müəyyən olundu - FOTO

Hazırda oxunan: Yararsız ət satan şəxslər müəyyən olundu - FOTO

86629

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yararsız mal ətinin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər müəyyən olunub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə Qabil Budaqovun idarə etdiyi avtomobil saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman onun sərnişini Əbülfət Nəbiyevə məxsus yararsız mal əti aşkar edilərək götürülüb.

Aşkarlanmış yararsız ətin müayinəsi üçün aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları şöbəyə dəvət olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO