Siyəzəndə avtomobili aşıran şəxsin kimliyi açıqlandı – 2 ölü, 3 yaralı var

Siyəzəndə avtomobili aşıran şəxsin kimliyi açıqlandı – 2 ölü, 3 yaralı var

Hazırda oxunan: Siyəzəndə avtomobili aşıran şəxsin kimliyi açıqlandı – 2 ölü, 3 yaralı var

86504

Bakı-Quba yolunun115-ci km-də, Siyəzən rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol qəzasında sürücünün kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, Bakı sakini, 73 yaşlı Qladçenko Vitali Vladimiroviç idarə etdiyi "Hyundai Santa FE" markalı avtomobillə Quba istiqamətinə gedərkən idarəetmənin itməsi nəticəsində avtomaşını aşırıb.

Nəticədə sürücünün həyat yoldaşı, 70 yaşlı  Qladçenko Anna Vasilyevna hadisə yerində, sərnişini 67 yaşlı Nüşabə Həsən qızı Sultanova isə Şabran rayon mərkəzi xəstəxanasında ölüb.

Sürücü 71 yaşlı Qladçenko Vitali Vladimiroviç, sərnişinlər, Bakı sakinləri - 48 yaşlı Səbinə və 18 yaşlı qızı Ayan Qasımovalar isə Şabran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Dəhşətli qəza faktını Baş DövlətYol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır, şöbədə cinayət işi açılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO