İcra hakimiyyətləri sahibsiz itlərə qarşı məsuliyyətsizlik edirlər - ARAŞDIRMA

İcra hakimiyyətləri sahibsiz itlərə qarşı məsuliyyətsizlik edirlər - ARAŞDIRMA

Hazırda oxunan: İcra hakimiyyətləri sahibsiz itlərə qarşı məsuliyyətsizlik edirlər - ARAŞDIRMA

8650

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonunun Kürdmaşı kənd sakini, 1984-cü il təvəllüdlü Teyyubov Vüqar Zahir oğlu yaşadığı kənddə qəflətən küçə itlərinin hücumuna məruz qalıb.

Hadisə zamanı qorxu və həyəcan keçirən Vüqar Teyyubovun halı pisləşib. O, ürək çatışmazlığı səbəbindən hadisə yerində keçinib.

Belə acı tale ilə üzləşən vətəndaşlarımız az deyil. Hətta, Bakı şəhərin mərkəzində də sahibsiz küçə itləri çoxluq təşkil edir. Bu haqda müvafiq təşkilatlara şikayət olunsa da təhlükə qalmaqdadır. Xüsusilə, axşam vaxtlarında Bakının Mərkəzi parkının yuxarı hissəsində, Bəşir Səfəroğlu küçəsində qadın və uşaqlar itlərin hücumuna məruz qalırlar. 

Sahibsiz itlər birmənalı olaraq quduzluq, ya da yoluxucu xəstəliklərin daşıyıcısıdır. 

Belə bədbəxt hadisələrin qarşısını almaq üçün hansı addımları atmaq lazımdır? Sualı ilə aidiyyatı qurumlara və ekspertlərə yönəltdik.

Əvvəlcə məsələni Bakı Şəhər İcra Hakmiyyəti ilə aydınlaşdırmağa çalışdıq. İB-nın mətbuat xidmətindən verilən məlumata görə Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi artıq 2-3 il olar ki, ləğv olunub. İndi sahibsiz itlərə Heydər Əliyev Fondunun və BŞİH-in birgə layihəsi əsasında “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi  sahiblənir və onların öldürülməsi qəti qadağandır. 

Bu layihənin iki məqsədi var: insanları heyvanlardan qorumaq və heyvanları insanlardan qorumaq. Hər bir vətəndaş itlərin götürülməsi ilə bağlı günün 24 saatı ərzində 012 565 09 26 /27 nömrəsi ilə əlaqə saxlaya bilər.

Sosioloq Əhməd Qəşəmoğlu birmənalı olaraq söyləyir ki, sahibsiz itləri küçələrdən ziyan vermədən yığışdırılması işini icra hakimyətləri təşkil etməli, mexanizm yaratmalıdırlar, əhali isə bu işdə yaxından kömək etməlidir.

Millət vəkili Sadiq Qurbanov isə deyir ki, sahibsiz itlərlə bağlı hər bir icra hakimiyətlərinin tərkibində olan idarə bu işlə məşğul olurdu. Hətta 50 AZN-nə ödənişlə bir şəxsi də bu işə cəlb edirdilər ki, həmin itləri öldürsünlər:

“Müəyyən hadisələrdən sonra itlərin öldürülməsinə qadağa qoyuldu. Deyildi ki, o itlər toplanıb indiki “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinə təhvil verilməlidir.  

İndi bu itlər “Toplan” sayəsində zərərsizləşdirilir, peyvəndlənirlər. Müəyyən tibbi prosedurlar həyata keçirilir. Hazırda bu problemlə əsasən regionlarda rastlaşırıq. Bunun üçün də təbliğatı gücləndirməliyik, rayon icra hakimiyyətləri də bu işdə aktiv olmalıdır. Əgər bir sakini it qapırsa, bu, həmin rayonun bu işə məsuliyətsiz yanaşmasından irəli gəlir”.

Millət vəkili əlavə edir ki Azərbaycan 1997-ci ildə Strasburqda "Heyvanların Mühafizəsi" ilə bağlı Avropa Konvensiyasına qoşulub: 

“2007-ci ildə ölkəmizdə "Heyvanların mühafizəsi haqqında" qanun qəbul olunub. Qanuna əsasən heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən cərimə olunurlar. Cərimə isə əvvəllər 25-45 manat arasında dəyişirdisə, hazırda bu məbləğ 500 manatdır”.

Yeri gəlmişkən, bildirək ki dünya təcrübəsində, o cümlədən qardaş Türkiyədə küçədəki bütün sahibsiz heyvanlar dövlət tərəfindən aşkarlanır, müayinə edilir və vaksinasiya olunur. Peyvənd olunan heyvanları digərlərindən ayırd etmək üçün onların qulaqlarına xüsusi sırğa (“birka”) taxılır. Sahibsiz heyvanların küçələrdən yığışdırılması, onlara nəzarət bələdiyyələrin öhdəsinə düşür.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO