Nazir müavini şəhid ailələri ilə görüşdü - FOTO

Nazir müavini şəhid ailələri ilə görüşdü - FOTO

Hazırda oxunan: Nazir müavini şəhid ailələri ilə görüşdü - FOTO

8633

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Beyləqan rayonunda Vətən müharibəsi şəhidləri - Nəsirov Qara Eldəniz oğlunun və Cəfərli Röyal İkrəm oğlunun ailələrində olub.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, nazir müavini möhtəşəm Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağını, onların ailələrinin sosial müdafiəsinin daim diqqətdə saxlandığını vurğulayıb.

O, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Nazirlik tərəfindən şəhidlərimizin ailələri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərlə bağlı geniş dəstək tədbirləri həyata keçirildiyini deyib.

Şəhid Q.Nəsirovun atası Eldəniz Nəsirov və şəhid R.Cəfərlinin anası Rahilə Cəfərova üçün də özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb. Həmçinin şəhid R.Cəfərlinin qardaşı işlə təmin edilib.

Nazir müavini hər iki şəhid ailəsinin yaşayışının bundan sonra da diqqətdə saxlanacağını vurğulayıb.

Proqram iştirakçıları qayğı ilə əhatə olunduqlarına, ailə təsərrüfatlarını qurmaq üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO