Goranboyda qəzada ölən iki şəxsdən birinin kimliyi açıqlandı – YENİLƏNİB/FOTO

Goranboyda qəzada ölən iki şəxsdən birinin kimliyi açıqlandı – YENİLƏNİB/FOTO

Hazırda oxunan: Goranboyda qəzada ölən iki şəxsdən birinin kimliyi açıqlandı – YENİLƏNİB/FOTO

86308

Xəbər verdiyimiz kimi, Goranboy rayonunda Goran qəsəbəsi yaxınlığında “Mercedes” markalı minik avtomobili kiçik tutumlu “Qazel” yük maşını ilə toqquşub. Qəza zamanı 3 nəfər yaralanıb, iki nəfər, təxminən 21-25 yaşlı gənc oğlanlar isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bizim.Media-nın əldə etdiyi informasiyaya görə, ölən iki şəxsdən birinin kimliyi məlum olub.

O, Qasımov Tamerlan Xaliq oğludur.

1988-ci il təvəllüdlü M.Rəhimov, 2001-ci il təvəllüdlü E.Qocayev isə yaralanıb. 2002-ci il təvəllüdlü X.Babayevə də ilkin tibbi yardım göstərib.

*** 09:19


Goranboyda ağır yol qəzası baş verib.

Bizim.Media-nın  məlumatına görə, Goran qəsəbəsi yaxınlığında “Mercedes” markalı minik avtomobili kiçik tutumlu “Qazel” yük maşını ilə toqquşub.

Qəza zamanı 3 nəfər yaralanıb, iki nəfər, təxminən 21-25 yaşlı gənc oğlanlar isə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Ölənlərin kimliyini təsbit etmək hələ ki, mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO