Bakıda nazir müavini qəzaya düşdü - FOTO/VİDEO 

Bakıda nazir müavini qəzaya düşdü - FOTO/VİDEO 

Hazırda oxunan: Bakıda nazir müavini qəzaya düşdü - FOTO/VİDEO 

86193

Dünən Nəsimi rayonu ərazisində - “Yeganə” şadlıq sarayının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, yüksək sürətlə hərəkət edən 90-FH-005 nömrə nişanlı “BMW” markalı avtomobil “Hyundai Santafe” markalı avtomobilə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza baş verdikdən dərhal sonra “BMW”dəki sərnişin başqa avtomobilə əyləşərək ərazini tərk edib.

Qəzanı törədən sürücü avtomobilin nazir müavininə məxsus olduğunu, yüksək çinli məmura xidmət etdiyini, buna görə də bütün hallarda günahkar sayılmayacağını deyib. Daha sonra o, yol polisi ilə danışıb. “Santafe”nin sahibi əraziyə yol polislərini dəvət etsə də, gələn olmayıb. Bir qədər sonra yol polisi əvəzinə Post Patrul Xidmətinin əməkdaşları təşrif buyurublar. Onlar avtomobilləri kənara çəkərək, yolu təmizləməyi göstəriş veriblər. 

Bakupost-un məlumatına görə, zərərçəkən sürücü etiraz etdikdə, ona bildirilib ki, ərazidə kamera var və sabah (bu gün - red.) təqsirin kimdə olduğu kameralara baxılıb müəyyənləşdiriləcək. Məlum olub ki, 90-FH-005 nömrə nişanlı “BMW” Fövqəladə Hallar nazirinin birinci müavini, general-leytenant Rəfail Mirzəyevin xidməti avtomobilidir. 
Avtomobili etibarnamə ilə Cəlilov Azad Eynulla oğlu idarə edir. 

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO