Mingəçevirdə ana uşaqlarına özbaşına iynə vurdu - FACİƏYƏ SƏBƏB OLDU

Mingəçevirdə ana uşaqlarına özbaşına iynə vurdu - FACİƏYƏ SƏBƏB OLDU

Hazırda oxunan: Mingəçevirdə ana uşaqlarına özbaşına iynə vurdu - FACİƏYƏ SƏBƏB OLDU

86156

Mingəçevirdə 2 və 3 yaşlı uşaqlarına iynə vuran ana bədbəxt hadisəyə səbəb olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhərinin Sağ Sahil yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, nənəsinin evində halı pisləşən 2 yaşlı İslamzadə Nuray Rəhman qızı və 3 yaşlı qardaşı İslamzadə Fərrux Rəhman oğluna anaları özbaşına iynə vurub. Halları pisləşərək ölümcül vəziyyətə düşən uşaqlar təcili xəstəxanaya çatdırılıb.

Tibb işçilərinin çevik müdaxiləsi nəticəsində 3 yaşlı oğlanın durumu tam stabilləşib, 2 yaşlı Nuray isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO