“AMEA-nın bütün bölmələri saxlanılacaq”.
Bizim.Media xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev deyib.
O bildirib ki, AMEA-nın ictimai və humanitar elmlərlə məşğul olan bölmələrinin fəaliyyəti ilə yanaşı, digər bölmələrinin də mövcudluğu yerindədir:
“Onlar da fəaliyyət göstərəcək. Hər bir elmi bölmə ölkə üzrə aidiyyəti elmi qurumlarla, ali təhsil müəssisələri və dövlət qurumları ilə müvafiq işlər aparacaq. Bu qurumlar qarşısında, eyni zamanda, burada Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən qurumlardan da söhbət gedir, yeni elmi vəzifələrin müəyyənləşdirilməsi, elmi potensiala uyğun olaraq işin təşkil olunması və əldə edilən nəticənin qiymətləndirilməsi, ölkədə elm üzrə monitorinqlərin aparılması kimi yeni elmi vəzifələrin icrası duracaq”.
Akademik vurğulayıb ki, Elm və Təhsil Nazirliyinin inzibati idarəetmə, maliyyələşdirmə, maddi texniki bazanın gücləndirilməsi və digər işləri həyata keçirəcək: “Amma həmin institutların elmi fəaliyyəti AMEA tərəfindən monitorinq ediləcək. Bir sözlə, AMEA Elm və Təhsil Nazirliyi ilə bu istiqamətdə sıx əməkdaşlıq edəcək”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:58 / 29.07.2022
AMEA Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən institutların monitorinqini aparacaq
Hazırda oxunan: AMEA Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən institutların monitorinqini aparacaq
Hazırda oxunan: AMEA Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən institutların monitorinqini aparacaq
86072
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.