Növbəti

Növbəti "Açıq mikrofon" Siyəzəndə quruldu - FOTO

Hazırda oxunan: Növbəti "Açıq mikrofon" Siyəzəndə quruldu - FOTO

85806

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun təşəbbüsü ilə həyata keçirilən “Açıq mikrofon” aksiyası bu gün Siyəzən rayonunda qurulub.

Bizim.Media xəbər verir ki, sakinlər onları maraqlandıran suallara elə yerindəcə cavab tapdıqları üçün keçirilən aksiyadan məmnunluqlarını bildiriblər. 

Görüşdə qaz sayğacının quraşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və s. kimi müraciətlər ünvanlanıb. 

Sakinlərin səsləndirdikləri hər bir müraciət aksiyada iştirak edən Birlik nümayəndələri tərəfindən qeydə alınıb. 

Bütün müraciətlər “Azəriqaz” İB-nin rəhbərliyinin tapşırığına uyğun olaraq araşdırılacaq və həlli istiqamətində müvafiq qərarlar veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO