Qloballaşma dövründə sosial şəbəkələr cəmiyyətin güzgüsü halına gəlib. Gənc və yaşlı nəsil arasında mübahisələri hər gün görürük. Heç bir tərəf öz zövq, vərdiş və dəyərlərindən imtina etmək niyyətində deyil.
Bizim.Media xəbər verir ki, zəngin kök və tarixçəyə malik mədəni sahə olan muğam, xalq mahnıları, folklor – Qızıl Fond cavanlar tərəfindən gözardı edilir. Yüngül trendlər, xarici mahnılar və meyxana isə dəbdədir.
Bəs günahkar kimdir?
Sosioloq Elçin Bayramlı bildirir ki, kütlə aşağı səviyyəli mahnılara tez cəlb olunur və bunun səbəbi təbliğatdır:
“Televiziya və media Azərbaycanda mədəni zövq formalaşdıra bilmir. Savadsız, milli-mədəni dəyərlərin təbliğ olunmadığı cəmiyyətdə küçə janrları, ara musiqiləri, küçə filmləri, səviyyəsiz, dırnaqarası mədəniyyət nümunələrinin olması normal haldır. Televiziyanın formalaşdırdığı gənc nəsil milli-mənəvi dəyərlərdən tamamilə uzaqlaşıb, xalq mahnıları, muğam, folklora yaddırlar. Nəticədə kütlə, gənc nəsil əyləncəyə qaçır. Ucuz şoular, dırnaqarası komediyalar nəznində aşağı səviyyəli mədəni zövq formalaşır”.
Ekspert qeyd edir ki, yeni yetişən nəsil bizdən deyil, onları davamçı saymaq olmaz:
“Gənclər bizim ənənə, dəyərlərimizi qəbul etmir, tanımır. Qloballaşma, müasirləşmə çox pis tendensiyadır və millətimiz üçün faciədir. Bunun qarşısını almaq üçün dövlət siyasəti olmalıdır. Media abır-həyalı davranmalıdır. Nəsillərarası əlaqə itib, milli-mədəni fondumuz son illərini yaşayır. Yaşlılar gedəndən sonra cavanların bu xalq, millət üçün heç bir fəaliyyəti olmayacaq”.
Elçin Bayramlı bu xaosun yaranmasında özəl televiziya və radioları, mətbuatı da günahkar sayır:
“Üç-beş nəfər milli-mədəni irsimizin qorunması üçün mübarizə aparır, lakin tribuna digərlərinin əlindədir. Çox keçməyəcək ki, gələcək beş ildə Azərbaycan milli-mənəvi dəyər, ənənələrindən qopacaqdır. Ucuz şoularla kükrəyən özəl televiziya və radiolar isə bu prosesin önündə gedirlər”.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:45 / 27.07.2022
Sosioloqdan ŞOK AÇIQLAMA: “Özəl televiziya və radiolar millətimizi məhv edir”
Hazırda oxunan: Sosioloqdan ŞOK AÇIQLAMA: “Özəl televiziya və radiolar millətimizi məhv edir”
Hazırda oxunan: Sosioloqdan ŞOK AÇIQLAMA: “Özəl televiziya və radiolar millətimizi məhv edir”
85735
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.