“Berlin Pub”da qətl törədən idmançıya HÖKM OXUNDU  

“Berlin Pub”da qətl törədən idmançıya HÖKM OXUNDU  

Hazırda oxunan: “Berlin Pub”da qətl törədən idmançıya HÖKM OXUNDU  

85728

Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.  

Orxan Şahbazov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, prokuror Orxan Şahbazovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

İttihama görə, ötən ilin avqustun 30-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon Prokurorluğuna məlumat daxil olub. 

İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

Orxan Şahbazov Cinayət Məcəlləsinin şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ona ittiham elan edilib. 
Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşı olub. Qeyd edək ki, qətli törədən Orxan Şahbazov idmançı olub. 

Eldar Məmmədi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO