“Övladlarınızı ali təhsilə məcbur etməyin” - Təhsil ekspertindən valideynlərə MÜRACİƏT

“Övladlarınızı ali təhsilə məcbur etməyin” - Təhsil ekspertindən valideynlərə MÜRACİƏT

Hazırda oxunan: “Övladlarınızı ali təhsilə məcbur etməyin” - Təhsil ekspertindən valideynlərə MÜRACİƏT

85580

“Valideynlərim mənim universitetə qəbul olmağımı çox istəyirdilər. Amma mən bunu bacara bilmədim, onlar qonşu, qohumda universitetə qəbul olanları göstərib “Sən niyə bacarmadın? Heyif çəkdiyimiz əziyyətə, hər kəsin yanında biyabr olduq” deyib məni günahlandırırlar”.

Yuxarıda qeyd olunan cümələlər demək olar ki, uğursuluğa düçür olan əksər abituriyent üçün tanış və arzuolunmaz mənzərədir. Təəssüf kİ, hər il qəbul imtahanlarından sonra belə abituriyent və ailələri arasında böyük gərginlik yaşanır. 

Bir neçə gün öncə belə gərginliyə tab gətirməyən 17 yaşlı Laçın intihar edib. O, atasının təzyiqlərinə dözə bilmədiyi üçün səhər saatlarında öz canına qıyıb.

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında bildirib ki, universitetə qəbul olmamaq heç də uğursuzluğa dəlalət etmir və şagirdlər bu hüquqlarında azaddırlar:

“Ümumiyyətlə hər bir şəxsin qanunla təhsil almaq hüququ var. Kimisə ali təhsil almaq istəmirsə, onu heç kim güclə buna məcbur edə bilməz. Təəssüflər olsun ki, çox zaman yaxın ətraf, xüsusilə də ailələr abituriyentlərə, tələbələrə təzyiq göstərirlər ki, sən sırf ali təhsilli olmalısan. Bu düzgün yanaşma deyil, bu tip mövzularda valideynlər uşaqlarının da istəklərini dəyərləndirməli, dəstək olmalıdırlar. Hər kəs ali təhsil almalıdır deyə bir şey yoxdur. Günümüzdə çox yaxşı peşə müəssisələri var.
 

Əgər övladının qavraması zəifdirsə, onu peşəyə yönləndirmək sənət öyrətmək daha məqsədəuyğundur. Sevmədiyi bir təhsili almaqdansa, uşağı peşəyə yönəltmək daha doğru olar”, - deyə ekspert təəssüfünü çatdırıb.


Ümumiyyətlə, dünya praktikasında insana qarşı hər hansı zorakılıq inzibati məsuliyyətə cəlb edilməklə sonuclanır.

Ekspertlərin fikrincə, bu cür məcbur etmələr Azərbaycanda da qanunla cəzalandırılmalıdır. Valideynlərdən də övladını məcburi ali təhsil almağa yönəltmə cəzasız qalmamalıdır. Belə valideynlər qanun qarşısında cavab verməlidir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO