Gürcüstanla sərhədyanı ərazilərdə birgə radio monitorinqləri keçirildi

Gürcüstanla sərhədyanı ərazilərdə birgə radio monitorinqləri keçirildi

Hazırda oxunan: Gürcüstanla sərhədyanı ərazilərdə birgə radio monitorinqləri keçirildi

85577

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Gürcüstanın Milli Kommunikasiya Komissiyası arasında əldə olunmuş razılaşmaya əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının tənzimlənməsi, radiotezlik resurslarından səmərəli istifadə və qarşılıqlı maneə təsirlərinin qarşısının alınması üçün hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə sərhədyanı bölgələrdə birgə radio monitorinqlər keçirilib.

RİNN-dən Bizim.Media-ya bildirilib ki, radio monitorinqlər iyulun 18-19-da Gürcüstan, iyulun 20-21-də isə Azərbaycan ərazisində aparılıb.

Həmçinin radio monitorinqlərin nəticələrinə əsasən, iyulun 22-23-də Gəncə şəhərində mütəxəssislər sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının beynəlxalq tələblərə və ikitərəfli protokollara uyğunluğunu və radiotezlik kanallarının koordinasiyasını müzakirə ediblər.

Müzakirələrin nəticələrinə əsasən, sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının, o cümlədən bu sahədə yeni rəqəmsal texnologiyaların tətbiqi üçün radiotezliklərin tənzimlənməsi üzrə müvafiq tədbirlərin görülməsi qərara alınıb.
Görüşdə nazirliklə yanaşı, Dövlət Radiotezliklər İdarəsinin və Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin mütəxəssisləri də iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO