Dövlət Gömrük Xidmətinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi təqaüdə göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, xidmətin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov təqaüdə göndərilib. Qaynarinfo.az-ın məlumatına görə, onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub.
O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:36 / 26.07.2022
Gömrüyün yeni sədri generalı işdən çıxardı – FOTO
Hazırda oxunan: Gömrüyün yeni sədri generalı işdən çıxardı – FOTO
Hazırda oxunan: Gömrüyün yeni sədri generalı işdən çıxardı – FOTO
85519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.