Goranboyda banan ağacı bar gətirdi – VİDEO

Goranboyda banan ağacı bar gətirdi – VİDEO

Hazırda oxunan: Goranboyda banan ağacı bar gətirdi – VİDEO

85372

Göranboy sakininin öz həyətində illərdir yetişdirdiyi Afrika bananı artıq bar verib.

Bizim.Media-nın məlumatına görə, rayonun Dəlimmədli şəhər sakini Məhəmməd İbrahimov həvəskarı olduğu xarici meyvəni 3 il öncə dostundan aldığı tingdən bitirib. 

3 metrdən artıq boyu olan banan ağacı bu il bar gətirib. Qəsəbə sakini ağacın üzərində xeyli meyvələr olsa da yalnız birinin yetişmək ərəfəsində olduğunu deyir. 

O banının vətəninin isti ölkələri olmasına baxmayaraq onun o, qədərdə yüksək tempuratura dözümlü olmadığını deyir. Bitki normal qulluq edilərsə, ildə 2 dəfə bar verə bilir. 

Məhəmməd İbrahimov onun yerli şəraitə uyunğalaşa bilən bitki olduğunu düşünür. Deyir ki, gələcəkdə banan ağacını açıq sahələrdə becərmək haqqında planlarım var. 

Hazırda bar verən ağacı rayonun müxtəlif yerlərindən görməyə gələnlər var.

Goranboydan hazırladığımız video materialı təqdim edirik:

Ehtiram Muradov, Bizim.Media, Mərkəzi Aran Bürosu
 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO