Siyəzəndə xanım sürücü qəzada yaralandı - FOTO

Siyəzəndə xanım sürücü qəzada yaralandı - FOTO

Hazırda oxunan: Siyəzəndə xanım sürücü qəzada yaralandı - FOTO

85344

Bakı-Quba yolunun 94-cü km-də, Siyəzən rayonu ərazisində baş verən qəzada toqquşan avtomobillərin sürücüləri və yaralının kimliyi bəlli olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 35 yaşlı Bakı sakini, Rusiya əsilli Karina Vyaçeslavovna Varlamkina idarə etdiyi "Nissan Tida" markalı avtomaşınla Bakı istiqamətinə gedərkən əks tərəfdən gələn İran vətəndaşı, 43 yaşlı Ramazan Esmaeilin idarə etdiyi "Volvo" markalı yük avtomaşını ilə toqquşub.

Nəticədə qadın sürücü ağır xəsarətlərlə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Avtomaşında olan digər xanım sərnişinlər yüngül xəsarət alıb.

Qəzanın başvermə səbəbi Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO