XİN-ə işə qəbulla bağlı NƏTİCƏLƏR AÇIQLANDI

XİN-ə işə qəbulla bağlı NƏTİCƏLƏR AÇIQLANDI

Hazırda oxunan: XİN-ə işə qəbulla bağlı NƏTİCƏLƏR AÇIQLANDI

85239

Xarici İşlər Nazirliyində (XİN) işə qəbul imtahanlarının nəticələri açıqlanıb. 

XİN-dən Bizim.Media-ya bildirilib ki, qurumun kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbulun müsabiqə formatında həyata keçirilməsinə qərar verilib. 

Dövlət İmtahan Mərkəzi ilə aparılan hərtərəfli müzakirələrin nəticəsində, mərkəzləşdirilmiş qaydada, iki əsas mərəhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə prosesi təşkil edilib.
Qeyd olunub ki, DİM yanvarın 23-də müsabiqənin yazılı imtahan mərhələsini təşkil edib. Bu mərhələdə 460 nəfər iştirak edib. 

Namizədələr qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 nəfər, habelə yazılı imtahan mərhələsi üzrə iştirakçıların apelyasiya müraciətlərinin nəticələri də nəzərə alınaraq, ümumilikdə 113 nəfər iştirakçı müsahibənin növbəti mərhələsinə dəvət olunub.

Diplomatik xidmətə qəbul müsabiqəsinin ikinci-müsahibə mərhələsi 10 may – 02 iyun 2022-ci il tarixlərində təşkil edilib və müsahibədə 106 namizəd iştirak edib. 

Müsahibə mərhələsinin yekunlarına əsasən 67 namizədin nəticələri, o cümlədən apelyasiyaya müraciət edən iştirakçılardan 2 namizədin müsahibə nəticələri müəyyən edilmiş şərtlər çərçivəsində qənaətbəxş hesab olunub. 
Diplomatik xidmətə qəbul müsahibəsindən müvəffəqiyyətlə keçən namizədləri təbrik edir və onlara Azərbaycan Respublikasının diplomatik xidməti sahəsində gələcək fəaliyyətlətində uğurlar arzulayırıq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO