İmişlidə arvadını öldürmək istəyən ər həbs olundu   

İmişlidə arvadını öldürmək istəyən ər həbs olundu   

Hazırda oxunan: İmişlidə arvadını öldürmək istəyən ər həbs olundu   

85057

İyulun 21-i saat 06 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.  

Bu barədə Bizim.Media-ya İmişli rayon Prokurorluğundan məlumat verilib.  

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.  

Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.  
İş üzrə istintaq davam edir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO