68 min müəllim diferensial əməkhaqqı sisteminə cəlb olunacaq

68 min müəllim diferensial əməkhaqqı sisteminə cəlb olunacaq

Hazırda oxunan: 68 min müəllim diferensial əməkhaqqı sisteminə cəlb olunacaq

84932

Ümumi təhsildə heyətin peşəkarlıq səviyyəsinə (sertifikatlaşdırma və tədris göstəriciləri) uyğun olaraq nəticəyönlü idarəetmə və maliyyələşmənin genişləndirilməsi nəzərdə tutulur. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Planın əsas icraçısı Təhsil Nazirliyi, aidiyyəti qurumlar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyidir.

İlkin olaraq nəticəyönlü idarəetmə və maliyyələşmə mexanizminin formalaşdırılması və tətbiqi nəzərdə tutulur.

2023-2026-cı illərdə 137 min nəfər heyətin sertifikatlaşma proqramında iştirakının təmin ediləcək, dövrün sonuna 68000 nəfər diferensial əməkhaqqı sisteminə cəlb olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO