Anasını təhqir edən arvadını yandırdı – ŞOK OLAYIN təfərrüatı

Anasını təhqir edən arvadını yandırdı – ŞOK OLAYIN təfərrüatı

Hazırda oxunan: Anasını təhqir edən arvadını yandırdı – ŞOK OLAYIN təfərrüatı

84884

Gəncə şəhərində 1985-ci il təvəllüdlü Tacir Əhmədov keçmiş arvadı Sevili (adlar şərtdidir – red.) öldürməyə cəhd edib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhəri, Heydər Əliyev prospektində baş verib.  

Tacir Sevili anasını təhqir etdiyi üçün öldürmək qərarına gəlib.

O, özü ilə benzin götürərək Sevilin olduğu mənzilə gedib və üstünə benzin tökərək onu yandırıb.

İstintaq orqanı tərəfindən Tacirin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tacir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sevil ilə evli olub, bir müddət sonra boşanıb.  

“Anamı təhqir etdi” 

Təqsirləndirilən şəxs qeyd edib ki, Gəncə şəhərində xalası Səbinənin yaşadığı evə gəlib və məqsədi xalası ilə eyni həyətdə yaşayan oğlu Samiri görmək olub:  

“Oradan birlikdə nahar etmək üçün oğlum Samiri çağırdım. Lakin Samir mənimlə birlikdə getmək istəmədi. Buna görə də çox hirsləndim. Samirə bir daha yanına gəlməyəcəyimi bildirdim.  

Anamgildə olduğum zaman Sevil anama zəng etdi,  xəstə anamı nalayiq ifadələrlə təhqir etməyə başladı. Mən də bunu eşitdikdən sonra bərk əsəbiləşdim. Evdən çıxaraq Sevilin evinə gedəndə, onun  üstünə benzin tökərək qorxutmaq qərarına gəldim. Buna görə də 3 nömrəli xəstəxananın ətrafında yerləşən yanacaq doldurma məntəqəsindən 0,5 litr yanacaq aldım. Sonra Sevilin yaşadığı ev istiqamətdə getdim.  

Xalamın yaşadığı evin arxa hissəsindən, hasar olmayan tərəfdən evin həyətinə daxil oldum. Sevil ilə xalam bir həyətdə yaşayıblar.

Sevilin səsindən onun xalamın evində olduğunu bildim və xalamın evinə daxil oldum. Həmin an otaqda yataqda əyləşən xalam və masa arxasında əyləşmiş Sevili gördüm. Ona dedim ki, sən qudurmusan, anamı təhqir edirsən.  
Sonra qorxutmaq məqsədilə benzini Sevilin üzərinə tökdüm. Əlimdəki plasmas qabın içərisində olan benzinin qalığı da əlimə və ayağıma töküldü. Həmin zaman otaqda yerləşən plitka yanılı olduğu üçün Sevil və mən alışmağa başladıq”.  

“Ağrılara dözmədim” 

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra tez evdən çölə çıxıb və hadisə yerindən uzaqlaşıb:  

“Hadisə zamanı əynimdəki gödəkçə yandığı üçün onu çıxardım, xalamın yaşadığı evin həyətinə tulladım. Həmin vaxt şəxsiyyət vəsiqəm də gödəkçəmin cibində olduğu üçün ora düşərək yandı. Sonra əlimin ağrısına dözməyərək evə getdim. Əlimə dərman vurdum və təqribən günorta saat 15-16 radələrində Nizami rayon Polis İdarəsinə gedərək təslim oldum”.  

“İçkili olduğunu başa düşdüm” 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevilin sözlərinə görə, hadisə günü oğlu Samir qonşuluqda yaşayan Tacirin xalası Səbinəgilə onun nəvələri ilə oynamağa gedib:

“Təxminən 1 saat sonra Tacirin bacısı Baharın həyat yoldaşı Fərid içkili vəziyyətdə gəldi və bildirdi ki, Tacir gələcək, Samiri dərman almağa aparacaq. Onların hər ikisinin də içkili olduğunu başa düşdüm. Fəridə dedim ki, Tacir Samiri görmək istəyirsə, sabahı gün ayıq vəziyyətdə gəlsin. Bundan sonra Fərid getdi. Bir qədər sonra Tacirin anasına zəng vurdum. Lakin telefona Tacirin bacısı Bahar cavab verdi. Sonra Tacirin xalası Səbinəgilə keçdim, ona baş vermiş hadisə barədə danışdım”.

“Üstümə su tökdüm”

Zərərçəkmiş deyib ki, təxminən yarım saat sonra Tacir əlində plastik qab ilə otağa daxil olub:

“Bu zaman ayağa qalxıb otaqdan qaçmaq istədim. Tacir qabda olan benzini üzərimə və ətrafa tökdü. Tacir tökdüyü benzini yandırmaq istəsə də, həmin zaman plitka yanılı olduğu üçün benzin alışdı. Nəticədə mən yanmağa başladım. Alışdıqdan sonra qaçmaq istəsəm də, Tacir məni yanmağım üçün tutaraq otaqdakı şkafa sıxdı. Həmin vaxt Tacirin əli və kurtkası yandığı üçün məni buraxmağa məcbur oldu. Bu vaxt otaqdan çıxdım, orada içində su olan vedrəni yanğını söndürmək üçün üstümə tökdüm”.

“Mənə “Sən ölmədin? Sən yanmadın?”- dedi”

Zərərçəkmiş şəxsin ifadəsinə görə, sonradan Səbinənin köməyi ilə patlarlarını çıxarıb və evdəki yanğını söndürməyə başlayıblar:

“Qışqırıq səsimizə qızım Ləman ora gəldi. Həmin zaman Tacirin evin zirzəmisində gizlənməsi məlum oldu. Uşağın səsini eşitdikdən sonra Tacir oradan çıxdı və mənə “Sən ölmədin? Sən yanmadın?”- deyərək üstümə hücum etdi.
Lakin Ləman atasının qabağını kəsdiyi üçün mənə toxuna bilmədi. Özü də yandığı üçün getməyə məcbur oldu. Bundan sonra uşaqları qonşuya qoydum, çölə çıxdıqda polis maşını gördüm. Polis əməkdaşları məni xəstəxanaya apardılar”.  

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tacir 14 il müddətinə azadlıqdan məhrum edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO