QAT- ın ofisində Orduya yolasalma mərasimi oldu

QAT- ın ofisində Orduya yolasalma mərasimi oldu

Hazırda oxunan: QAT- ın ofisində Orduya yolasalma mərasimi oldu

84826

Moderator.az-ın verdiyi xəbərə görə, Qarabağ Azadlıq Təşkilatı yeni bir təşəbbüslə çıxış edib. QAT- ın mərkəzi ofisində gənclərin əsgərliyə yola salınması mərasimi keçirilib. QAT- ın gənc üzvləri İsmayıl Vəliyev, Aydın Cahangirov təntənəli şəkildə Orduya xidmətə yola salınıblar. Tədbirdə ilk olaraq Akif Nağı çıxış edərək gənclərə uğurlu xidmət, qorxmazlıq, rəşadət, düşmənə nifrət hissinin daim güclü olmasını arzulayıb, sonra gənclərin hər birinə kiçik həcmli Quran nüsxələri bağışlayıb. Gənclər Quranı ürəklərinin üstündə gəzdirəcəklərini, Qurandan güc- qüvvət alacaqlarını, Vətənə ləyaqətlə xidmət edəcəklərini bildirib, Allahdan onların qismətinə döyüş taleyinin yazılmasını, Vətən yolunda ya şəhid, ya da qazi olmalarını istəyiblər.

Daha sonra QAT Ağsaqqallar Şurasının üzvü Hacı Hacağa Nuri gənclərə xeyir- dua verib, gəncləri Quran altından keçirərək Allahın onlara həmişə yar olmasını arzulayıb. Sonra tədbir iştirakçıları Nadir Ağayev, Xudu Xudiyev, Qələndər İsmayılov, Fəridə Əsgərova, Səyyarə İsmayılova, Nəsib Cəfərov, Yusif Cəfərov, Füruzə Əsədullayeva, Cəfər Baxış, Solmaz Alıyeva, Mehriban Abbasova, Əlibala Məmmədov, Hacı Akif Heydərli, Hacı Eldar və digərləri çıxış edərək gənc əsgərlərə ürək sözlərini deyib, uğurlar arzulayıblar. Tədbirin gedişində Səyyarə İsmayılova və İsmayıl Məmmədov vətənpərvərlik şeirləri deyib, döyüş ruhlu mahnılar oxuyublar. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO