Xocavənddə minalı ərazidəki yanğın söndürüldü - VİDEO

Xocavənddə minalı ərazidəki yanğın söndürüldü - VİDEO

Hazırda oxunan: Xocavənddə minalı ərazidəki yanğın söndürüldü - VİDEO

84742

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Günəşli kəndi istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş vermiş yanğın söndürülüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri iştirak edib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO