Təcili yardıma 700 mindən çox müraciət daxil olub

Təcili yardıma 700 mindən çox müraciət daxil olub

Hazırda oxunan: Təcili yardıma 700 mindən çox müraciət daxil olub

8451

“2020-ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 702 min 426 ümumi müraciət daxil olub”.

Bizim.Media-nın məlumatına görə, bunu BŞT və TTYS-nin Baş həkiminin müavini İradə Əliyeva ötən ilik yekunlarına dair müsahibəsində deyib.

O bildirib ki, bunlardan 77 min halda hospitalizasiya icra edilib.

Uşaqlar üçün edilən çağırışların sayı 53 min 800, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 9 mindən artıq olub. 

“Keçən illə müqayisədə ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO