Paytaxtda yaşayış evindəki yanğın söndürüldü - YENİLƏNİB 

Paytaxtda yaşayış evindəki yanğın söndürüldü - YENİLƏNİB 

Hazırda oxunan: Paytaxtda yaşayış evindəki yanğın söndürüldü - YENİLƏNİB 

84454

Bakı şəhərinin Nəsimi rayonu, S.Salayev küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media Nazirliyə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, söküntü aparılan ərazidə təqribən 50 m² sahədə quru ot, ağaclar və söküntü materialları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. 

15.35***

Bakıda fərdi yaşayış evi yanır. 

Bu barədə Bizim.Media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir.

FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Salayev küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO