“Digər məcburi köçkünlər də öz yurdlarına qayıdacaq” - Ağalıya köçən kənd sakini

“Digər məcburi köçkünlər də öz yurdlarına qayıdacaq” - Ağalıya köçən kənd sakini

Hazırda oxunan: “Digər məcburi köçkünlər də öz yurdlarına qayıdacaq” - Ağalıya köçən kənd sakini

84415

“Doğma yurdumuza qayıtdığımız üçün çox gözəl hisslər yaşayırıq. Bu hissləri ancaq bizim yerimizdə olanlar anlayar. Çünki 30 ilə yaxın müddətdə elimizdən, obamızdan ayrı düşdük. Bu anları yaşamaq olduqca ağır idi. Buna baxmayaraq, tarixi ədalət bərpa olundu. Prezident Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etdi”.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Ağalıya köçən kənd sakini Qədir Məmmədov deyib.

O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər köçkünlər üçün bir ümid oldu:
 

MÖVZU İLƏ BAĞLI:

“Ağalı kəndinə 41 ailə köçürüləcək” - Prezidentin xüsusi nümayəndəsi


“Biz də həmin ümidli insanlardan biri idik. Həmçinin dəyərdim ki, biz xoşbəxt insanlarıq”.

"İşğaldan azad olunmuş ərazilər yenidən qurulur” fikrini səsləndirən Qədir Məmmədov əlavə edib ki, ərazilərimiz ermənilər tərəfindən dağıdılmış, mənimsənilmişdi:

“İşğaldan azad edilmiş ərazilərdə dövlətimiz tərəfindən davamlı infrastruktur layihələri uğurla həyata keçirilir. Biz inanırıq ki, digər məcburi köçkünlər də öz yurdlarına qayıdacaqlar. Bu anlar qürur tariximizin ən yaddaqalan hadisələrindəndir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO