Birinci Avropa Oyunları zamanı yüzlərlə xarici turistin üz tutduğu məkanlardan biri də Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu olub.
Birinci Avropa Oyunlarının keçirildiyi günlərində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu 9 min 242 nəfər turist ziyarət edib.
Qoruq idarəsindən verilən məlumata görə, onlardan 1826-sı xarici turistlərdir.
Bu tarixi məkana üz tutan xarici ölkə vətəndaşları sırasında Rusiya Federasiyasını təmsil edənlər çoxluq təşkil edib. Xarici turistlərdən 275-i Rusiya, 221-i Almaniya, 160-ı ABŞ, 119-zu isə İtaliya vətəndaşları olub. Eyni zamanda digər 1051 xarici turist isə müxtəlif ölkələri - Koreya Respublikası, Polşa, İran, Türkiyə, Hollandiya, Çexiya, İsrail, İspaniya və digər ölkələri təmsil edib.(gün.az)



































































































