“Qadağalara qayıtmaq psixoloji xəstəliklərə səbəb ola bilər” - Psixoloqdan XƏBƏRDARLIQ

“Qadağalara qayıtmaq psixoloji xəstəliklərə səbəb ola bilər” - Psixoloqdan XƏBƏRDARLIQ

Hazırda oxunan: “Qadağalara qayıtmaq psixoloji xəstəliklərə səbəb ola bilər” - Psixoloqdan XƏBƏRDARLIQ

84370

Dünyada pandemiya ilə bağlı vəziyyət artıq yenidən ağırlaşmağa başlayıb. Günü-gündən artan statistika yenidən hər kəsi narahatlıq və təlaş içinə salıb. Həmçinin ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.

Artıq bu barədə aidiyyatı qurumlar tərəfindən ölkəmizdə də bəyanat yayılıb. Sözügedən xəbərlərin fonunda qapalı məkanlarda maska tələbinin geri qayıda biləcəyi düşüncəsi hazırda hər kəsdə qorxu yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

“Qapalı məkanlarda maska taxın, təmasları azaldın” - RƏSMİ


Əgər statistikada böyük artım müşahidə olunarsa, yenidən maska tələbi və digər qadağalar geri qayıdarsa bu insanlarda hansı psixoloji problemlərə yol aça bilər?

Psixoloq Gülnar Orucova Bizim.Media-ya açıqlamasında qadağaların yenidən qayıtmasının mənfi hallara səbəb olacağını bildirib:

“Hazırda insanlarda xəstəliyə qarşı inam azalıb. Çünki xəstəliyin müalicəsi var və bu artıq heç kimi narahat etmir. Lakin bu gün statistikalar yenidən yolxuma hallarının artmasından xəbər verir. Buna görə yenidən maskaların məcburi taxılması, qadağaların qoyulması insanlarda böyük aqressiya yarada bilər.

Nəzərə alsaq ki, hazırda yay fəslidir insanlar üçün yayılan bu xəbərlər gərginlik, narahatlıq və stressə səbəb ola bilər. Hələ qarşıda yay depressiyasının baş verəcəyini hesaba qatsaq, vəziyyət kritik ola bilər. Çünki avqust ayında bir çox insanda yay depressiyası baş verəcək.
Yenidən qadağalara qayıtmaq psixoloji cəhətdən zəif olan insanlara, yaşlı şəxslərə yaxşı nəticələr vəd etmir”, - deyən G.Orucova qorxunun əlavə olaraq başqa xəstəliklərə səbəb olduğunu da dilə gətirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO