Xəzərin sahilini zibilləyən şəxs saxlanıldı

Xəzərin sahilini zibilləyən şəxs saxlanıldı

Hazırda oxunan: Xəzərin sahilini zibilləyən şəxs saxlanıldı

8435

Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində dəniz sahilinə bərk tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Bizim.Media-ya bildirib ki, əraziyə baxış keçirilib və sahil zolağına yaxın ərazidə fərdi yaşayış evinin tikintisi zamanı formalaşan inşaat tullantılarının dəniz sahilinə atıldığı məlum olub.

O qeyd edib ki, faktla bağlı qanun pozucusu, fərdi yaşayış evinin sahibi vətəndaş Sadıx Babayev cərimə olunub, əraziyə cavabdeh Türkan bələdiyyəsi barəsində isə inzibati tədbir görülüb:
 
“Sahil zolağının qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün aidiyyəti qurumlara müraciət olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO