Müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı keçirildi

Müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı keçirildi

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı keçirildi

84084

Bu gün uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə sınaq imtahanı keçirilib.

Bizim.Media Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 2 saat davam edib.

İmtahanda namizədlərə 70 test tapşırığı təqdim olunub. 40 tapşırıq seçilən müvafiq sahә üzrә ixtisas biliklәrini, 10 tapşırıq pedaqoji bacarıqları, 10 tapşırıq mәntiqi tәfәkkürü, 10 tapşırıq isә ümumi dünyagörüşünü yoxlayan qapalı tipli test tapşırıqlarıdır.

Hәr düzgün cavab bir balla qiymәtlәndirilir. Sәhv cavablar ümumi nәticәyә tәsir göstәrmir.

İmtahan nəticələrinin 2-3 gün ərzində elan olunması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO