Samuxda külli miqdarda narkotik aşkarlandı - FOTO

Samuxda külli miqdarda narkotik aşkarlandı - FOTO

Hazırda oxunan: Samuxda külli miqdarda narkotik aşkarlandı - FOTO

84009

Samux rayon sakinində külli miqdarda narkotik aşkarlanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər oğurluq cinayətləri törətmiş Möhsün Əliquliyev saxlanılaraq polis şöbəsinə gətirilib. 

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan “marixuana” aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir. 

Məqsəd Rəhimov, Bizim.Media - Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO