Azərbaycanda kartla ödənişlərdə problem yaşandı

Azərbaycanda kartla ödənişlərdə problem yaşandı

Hazırda oxunan: Azərbaycanda kartla ödənişlərdə problem yaşandı

83966

Ötən axşam Azərbaycanda nağdsız ödənişlərdə problem yaşanıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı çoxlu sayda sosial şəbəkə istifadəçisi paylaşım edib.

Qeyd olunub ki, problem əsasən, supermarketlərdə və yanacaqdoldurma məntəqələrindəki ödənişlər zamanı baş verib. 

Bundan başqa müştərilər bəzi bank xidmətlərinin də aktiv olmadığını bildiriblər. Onların sözlərinə görə, dünən axşam kartdan karta pul köçürmələri etmək də mümkün olmayıb.

Qafqazinfo.az-ın məlumatına görə, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməsə də, ekspertlər bildirib ki, problem banklararası ödəniş sistemində aparılan texniki işlərlə bağlı olub.

İnformasiya Texnologiyaları üzrə mütəxəssislər qeyd ediblər ki, Banklararası Kart Mərkəzində aparılan təkmilləşdirmə işləri ilə bağlı dünən saat 22:00-dan başlayaraq 2-3 saat ərzində ölkədaxili kart əməliyyatlarında məhdudiyyətlər yaşanıb. 
Qeyd edək ki, sözügedən problem 3-4 saat davam edib və hazırda ölkə üzrə nağdsız ödənişlərdə hər hansı problem yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO