Azərbaycanda havanın temperaturu 44 DƏRƏCƏYƏ ÇATACAQ

Azərbaycanda havanın temperaturu 44 DƏRƏCƏYƏ ÇATACAQ

Hazırda oxunan: Azərbaycanda havanın temperaturu 44 DƏRƏCƏYƏ ÇATACAQ

83893

Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41°-dək yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, şimal-qərb küləyi 18-dən 20-dək 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s olacaq.

İyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda kəskin isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.
Qərb küləyi arabir 15-18 m/s, 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO