Bürclərin YATAQ SİRRLƏRİ – Ulduzlar cinsi istəyə necə təsir edir? - 18+ 

Bürclərin YATAQ SİRRLƏRİ – Ulduzlar cinsi istəyə necə təsir edir? - 18+ 

Hazırda oxunan: Bürclərin YATAQ SİRRLƏRİ – Ulduzlar cinsi istəyə necə təsir edir? - 18+ 

83887

Bürclərin insanların yataq həyatına birbaşa təsir etdiyi məlumdur. Təsadüfi deyil ki, bürclərin cinsi münasibət zamanı sirli tərəfləri də bir-birindən fərqlənir. Eyni bürcün daşıyıcısı olan şəxslərdəysə əksinə, ortaq yönlər həddən artıq çox olur.

Bizim.Media bürclərin yataq sirlərini diqqətinizə təqdim edir:

Qoç:

Qoç qadını: Əlaqə əsnasında aktiv rol oynamaqdan xoşlanan qoç qadını üçün cinsəllik idman etmək kimidir. Öz enerjisini ortaya çıxaracaq bir fürsət olaraq gördüyü seks əsnasında eşq oyunlarıyla çox vaxt itirməz. 

Qoç kişisi: Doğru zaman və doğru məkan kimi şərtləndirmələr bu adamın kitabında yazmır. Dərhal nəticəyə çatmaq istəyən atəşli qoç yorulmaq nədir bilməz, yorulsa da bildirməz. Əlaqə əsnasında daha çox özünü düşünsə də yoldaşını xəyal qırıqlığına uğratmaz.

Buğa

Buğa qadını: Kef düşkünü olan bu qadını həyəcanlandıracaq sehrli sözdür. Şam işığı, yaxşı yemək, keyfiyyətli içki, romantik musiqi, bahalı hədiyyələr təxəyyülü hərəkətə keçirər. Heç tələsən deyil, sizə də tövsiyə etməz. 

Buğa kişisi: Klassik zövqləriniz varsa, bu adam tam sizin üçündür. Qısa sürən seksdən nifrət edir, ön sevişməyə isə əhəmiyyət verir. Gecəlik əlaqələr onu açmır. Seksin onun üçün mənası törəməkdir, amma həzz almağı da gözardı etmir.

Əkizlər

Əkizlər qadını: Parlaq zəkalı bu qadın rahatlamaq və sinirlərini boşaltmaq üçün sizinlə hər cür oyuna vardır. Romantizmə nifrət edir, hər cür fantaziyaya xüsusilə sözlü olanları çox sevir. Onu başdan çıxara bilmədinizsə, yüksək ehtimalla təkrar görə bilməzsiniz. Nə edəcəyini əsla düşünə bilməzsiniz.

Əkizlər kişisi: Davamlı yenilik və dəyişiklik arxasında qaçan Əkizlər yataqda hiperaktiv bir performans sərgiləyər. Hər cür eşq oyununu və kimi necə cəlb edəcəyini yaxşı bilər. Ondan sadiq bir partnyor yaratmaq qeyri-mümkünə yaxındır, sizə aşiq olub dinc dayansa belə ağlından keçənləri bilmək istəməzsiniz. 

Xərçəng

Xərçəng qadını: Bu qadın üçün seks təbiidir. Hər cinsi təcrübə onda çoxalmaq isntinktini yaradır. Yataqda ruh halı dəyişən biridir. Bəzən uşaq ruhlu, bəzən qadına xasdır. Bacarıq ona özünü rahat hiss edəcəyi mühit yaratmaqdadır. Nə qədər güclü görünsə də qoruyucu kişi tipindən və qucaqlanmaqdan xoşlanar. 

Xərçəng kişi: Onun üçün doğru məkan özünü ən etibarda hiss edəcəyi yer, yəni öz evinin yataq otağı, isti yuvası. Romantik Xərçəng aşiq olduğu qadınla sevişməkdən xoşlanır. Onun üçün bişirdiyiniz hər hansı bir yemək afrodiziak təsiri yaradar və sizə möhtəşəm bir performans olaraq geri qayıdar. 

Şir

Şir qadını: Təşəbbüsü ələ almaqdan xoşu gəlir və hər mövqedə xoşbəxt olan şir qadının tək ehtiyacı qulağına mükəmməl olduğunu pıçıldamanızdır. Hər fantaziyaya açıqdır. Onu uzaqlaşdırmaq üçün yataqda pis olduğunu söyləyin. Geri çəkiləcək və bir sonrakı partnyorun sizin qədər ağılsız olmaması üçün dua edəcək.

Şir kişi: Yataqda özündən daha sakit partnyor axtaran şirlər sonradan öyünəcəyi bir güc nümayişi olaraq yaşamağa meyllidir. İşləri yolunda gedirsə və müvəffəqiyyətlidirsə, bu vəziyyət performansına da müsbət təsir göstərir. Müvəffəqiyyətsiz bir dövrdədirsə digər bürclərdən daha çox təsirlənər. 

Qız

Qız bürcü qadını: Vasvasılıq və gigiyena seks həyatının vazgeçilməzləridir. Belə ki təmizlik onun üçün başlı-başına xəbərdar edilmə səbəbidir. Yeni şeylər sınamaqdan keyf alar və detallar üzündən bir anda soyuya bilər. 

Qız bürcü kişisi: Yaxşı performans sərgiləmək üçün bəzən özünü texnikaya o qədər qapdırar ki, bir robotla birlikdə olduğunuzu zənn edə bilərsiniz. Mükəmməllik və detalçı olduğundan bir anda sizi mərhəmətsizcə tənqid edə bilər. Seks mövzusunda özünü də içdən-içə tənqid edib bədbəxt olmağa meyllidir. 

Tərəzi

Tərəzi qadını: Düşüncələri uyğun gələn bir partnyorla birlikdə ikən bu tarazlığı axtaran qadının bütün yaradıcılığı ortaya çıxar və qarşısındakını ovsunlayar. Eyni qabiliyyəti qarşı cinsdən də gözləyər, amma tapa bilməzsə dərhal məyus olar. Estetik erotizm əlaqəsini seçir. 

Tərəzi kişisi: O, ancaq hər mövzuda uyğunlaşacağı qadınlarla birlikdə olmağı istər. Üstəlik yoldaşı həm uyğun, həm də gözəl olmalıdır! Təvazökar davranmağa çalışsa da əslində özünü nə qədər bəyəndiyini dərhal hiss edərsiniz. Bu da onu daha cazibədar edər. Əlaqə əsnasında şəfqətlidir. 

Əqrəb

Əqrəb qadını: Əqrəb qadınlar fərqində olmasalar belə müdhiş bir cinsi cazibə qüvvəsinə sahibdirlər. Partnyorunu başdan çıxarmaq mövzusunda olduqca bacarıqlıdırlar. Eşq qədər nifrət də onu xəbərdar edən bir duyğudur. Bir Əqrəbin ürəyini qırdınızsa və təkrar bərabərsinizsə, başınıza gələcəklərdən əsla əmin olmayın. Ona görə, seksin yeri və zamanı yoxdur.

Əqrəb kişisi: Əqrəb qadınlardan xoşlanan bu ehtiraslı adam ac yaşaya bilər, amma seks olmadan əsla! Ancaq aşiq olduğunda başı qarışar və gerçək performansını göstərə bilməz. Əksini iddia etsə də aşiq olmaqdan dəli kimi qorxar. Yataqda ən iddialı bürc olan bu adamın ehtiraslı və sirli qaranlıq bir tərəfi də vardır ki, bu da onu cazibədar edir.

Oxatan

Oxatan qadını: Seks onun üçün bir əyləncə fürsətidir! Özünü və partnyorunu kəşf etmək yeni şeylər sınamaq üçün daha yaxşı fürsət ola bilməz. Hiperaktiv davranışları sizi çaşdıra bilər, hətta bu qadın bəzən təhlükəli belə ola bilər. Yataqda risk almağı sevər və istədiyini əldə etdiyində dərhal sıxılar. Onunla birlikdə olmaq tam bir macəradır. 

Oxatan kişisi: Hər cür fantaziya bu adamdan soruşular. Planlı proqramlı əlaqələrə nifrət edir.. Açıq havada və təbiətdə cinsi münasibətdə olmaq tam ona görədir. Bu qədər havalı xüsusiyyətə baxmayaraq ən yaxşı performansı ondan gözləməyin, çünki o seksdən çox seks etmə fikrinə düşkündür.

Oğlaq

Oğlaq qadını: Bu təcrübəli qadını çox da asan əldə edə bilməzsiniz. Özünü çəkər və asan ələ verməz. Yataqda sizə incə-incə lağ edər. Sizə hörmət etməzsə, daha da əhəmiyyətlisi, güvənməzsə, əsla birlikdə olmaz. Ancaq güvənsə, dünyanın ən cazibədar qadınına çevrilər və yumşalar. 

Oğlaq kişisi: Bütün Oğlaq kişilərdə yetişdiyi mühitdən və fiziki xüsusiyyətlərindən yaranan bir şöhrət mövcuddur. Üstəlik bu adamın başı olduqca qarışıqdır. Bu da onu daha da cazibədar edir. Cinsilikdə belə müəyyən bir keyfiyyət və səviyyəni qorumağa çalışar. Sizə güvənməsi, onunla birlikdə olmağa "layiq" olduğunuza əmin olması zaman alar. Seksi ciddi qəbul edər və partnyoruna bağlanar. 

Dolça

Dolça qadını: Müstəqilliyinə düşkün və başı qarışıq dolça qadını yataqda atəşli olmaqdan çox, sirli və yaradıcıdır. Sahiblənmə duyğusu ən az olan bürclərdən biridir. Partnyorunda maraq oyandırar, amma onu tam olaraq kəşf edə bilməzsiniz. Dünyanı qurtarmaq fikrində olan bu qadın üçün seks həyatın mənası deyil, amma azadlıq deməkdir. Qadağan olanla maraqlanar, monotonluğa dözə bilməz.

Dolça kişisi: Bu orijinal adam ancaq fikirlərinə dəyər verdiyi, ya da maraqlı hesab etdiyi qadınlarla birlikdə olar. Bağlanmaq və romantizm ona gülməli gəlir. Yoldaş ola biləcəyi insanlarla birlikdə olar. Erotizm və virtual seks marağını çəkər. Qadağaları dağıtmağı çox sevər, ancaq seksə bir araşdırma mövzusu olaraq yaxınlaşar. Ehtirasından çox, zəkasıyla yoldaşını xoşbəxt edəcək performans sərgilər. 

Balıq

Balıq qadını: Romantizm və eşq olmadan bu qadınla birlikdə olmaq qeyri-mümkündür. Yataqda mehriban, oyunçu və fədakar olur. Sizi xoşbəxt etmək üçün əlindən gələni edər. Kobud davranışlara nifrət edir

Balıq kişisi: Hər an hər kəsə aşiq olan romantik balıq kişisi həm tez-tez sevgili dəyişdirər, həm də bundan vicdan əzabı duyar. Xoşbəxt olmanız üçün əlindən gələni edər, amma aldatmağa meyllidir və çox tez təhrik olar. Marağı başqasına yönələnə qədər partnyorunu marağa boğar. Yataqda oyunçudur və sizi əyləndirər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO