Tarixi abidələrin üzərindən reklam banerləri yığışdırılacaq – ADRA yeni LAYİHƏ HAZIRLAYIR

Tarixi abidələrin üzərindən reklam banerləri yığışdırılacaq – ADRA yeni LAYİHƏ HAZIRLAYIR

Hazırda oxunan: Tarixi abidələrin üzərindən reklam banerləri yığışdırılacaq – ADRA yeni LAYİHƏ HAZIRLAYIR

83849

“Tarixi binaların birinci mərtəbələrində fəailiyyət göstərən müxtəlif kommersiya obyektlərinin reklamlarının yerləşdirilməsi üçün sərt qaydalar var. Bu qaydalara əsasən reklamlar bina fasadında deyil, yalnız vitrinlərdə, şüşə üzərində olmalıdır. Belə olanda reklamlar həm binanı zədələmir, həm də binanın ümumi görünüşü örtülmür”.

Bunu Bizim.Media-ya tanınmış memar Cahid Həsənov deyib. O bildirib ki, hazırda Bakı şəhərində bu məsələ ilə bağlı acınacaqlı vəziyyət var. abidələrdir.

Bəzi işbazlar öz maraqları üçün tarixi binaların fasadını bu və ya digər şəkildə bağlayıb. Halbuki, bütün turistlər üçün əsas maraq obyekti tarixi binalar və abidələrdir.

10-15 min manata görə tarixi binaları örtmək olmaz

Tanınmış memar onu da əlavə etdi ki, Azərbaycan Dövlət Reklam Agentliyi yarandığı beş il ərzində bu problemin həlli üçün heç bir iş görməyib:

“Bu gün bu qurum tarixi binalar üzərində yerləşdirilən reklamlara görə hətta icazə sənədləri də verir. Nəticədə, tarixi binanın üzərində bir neçə rekllamlara görə bir il ərzində cəmi 10-15 min manat yığılır. Amma, bu reklamlara görə həmin tarixi binanı görmək istəyən on minlərlə turistlərdən gələn gəlirdən məhrum oluruq”.

Memar qeyd edib ki, yaxşı olardı ki, ümumiyyətlə tarixi binalarımızın qarşılarında kommersiya təyinatlı reklamlara yer verilməsin:

“Götürək Fəvvarələr meydanını. Bu ərazi Bakının “qonaq otağı”dır. Respublikamıza kim gəlirsə mütləq bu ərazidə qonaq olur. Əslində bu bizə imkan verir ki, bura gələn turistlərə tarixi-mədəni irsimiz haqqında daha dolğun məlumat çatdıraq. Ona görə də bu ərazilərdə telefon, kompyuter və s. kimi reklamlar yerləşdirilməməlidir. Əksinə, burada memarlıq abidələri, xalçaçılığla, duluzçuluqla, zərgərliklə, ipəkçiliklə bağlı reklam konstruksiyaları yerləşdirilsə gözəl olar”- deyə Cahid Həsənov fikirlərini tamamlayıb.

ADRA yeni layihə hazırlayır

Məsələ ilə bağlı Dövlət Reklam Agentliyinin mövqeyini də öyrəndik. Agentlikdən bizə ünvanlanan cavabda deyilir ki, ADRA” fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşünü və şəhər infrastrukturu ilə ahəngini təmin etmək üçün beynəlxalq təcrübədən yararlanaraq yeni layihə hazırlayıb:

“ADRA tərəfindən layihənin hazırlanmasına Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları, memar və dizaynerlər, ö cümlədən reklamçılar cəlb edilib. Artıq Bakıdakı binaların təsnifatı müəyyənləşdirilərək elektronlaşdırıb, tarixi binalara vurulacaq fasad reklamlarının eskizləri hazırlanıb”.

Məlumatda daha sonra deyilir ki, əgər bir obyektdə bir neçə sahibkar fəaliyyət göstərirsə, o zaman onlara aid reklamlar bir lövhə üzərində yağılacaq:

“Eyni zamanda bəzi obyektlərin zirzəmilərdə fəaliyyət göstərməsi nəzərə alınaraq, onların məhəccərlərinə ayrıcadayaqlı reklam qurğuları vurulması təklif edilir. Şüşə vitrinlərə vurulacaq reklamların isə ümumi sahənin 50 faizindən çox olmaması layihədə öz əksini tapıb. Pilot layihə ilkin olaraq Bakıda tətbiq olunacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO