Daha 170-ə yaxın şəhid ailəsi və qazi aktivlərlə təmin edilib

Daha 170-ə yaxın şəhid ailəsi və qazi aktivlərlə təmin edilib

Hazırda oxunan: Daha 170-ə yaxın şəhid ailəsi və qazi aktivlərlə təmin edilib

83825

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, bu gün də bir qrup qazi proqram çərçivəsində seçdikləri biznes istiqamətlər üzrə mal və materiallarla təmin olunublar.  

Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar. Son 1 həftə ərzində isə Agentlik tərəfindən bu kateqoriyadan olan 170 şəxsə aktivlər təqdim edilib. 

Ümumilikdə, Agentlik tərəfindən cari ilin ötən dövrü ərzində 915 şəhid ailəsi, qazi və onun ailə üzvünün özünüməşğulluq proqramına cəlb olunması və onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib. 
Qeyd edək ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO