Bakıda kürəkən qaynatasının evini atəşə tutdu 

Bakıda kürəkən qaynatasının evini atəşə tutdu 

Hazırda oxunan: Bakıda kürəkən qaynatasının evini atəşə tutdu 

83798

Bakıda kürəkən qaynatasının evini atəşə tutub. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə iyulun 12-də Müşfiqabad qəsəbəsində yaşayan B.Hudamovun evinin divarına ov tüfəngindən 2 dəfə atəş açılması barədə məlumat daxil olub. 

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Araşdırmalarla bu əməlin B.Hudamovun kürəkəni, Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş F.Dəmirovun xuliqanlıq zəminində törətməsinə əsaslı şübhələr müəyyən edilib. 
Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Dəmirov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan qanunsuz saxladığı lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 7 ədəd patron götürülüb. 
Araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO