Sözünə baxmayan sevgilisini döyüb şil-küt etdi – MƏHKƏMƏLİK OLDU  

Sözünə baxmayan sevgilisini döyüb şil-küt etdi – MƏHKƏMƏLİK OLDU  

Hazırda oxunan: Sözünə baxmayan sevgilisini döyüb şil-küt etdi – MƏHKƏMƏLİK OLDU  

83783

Bakının Suraxanı rayonunda sevgilisi tərəfindən şiddət görən qadın polisə müraciət edib.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə müraciət edən Leyla Vəliyeva qeyri-rəsmi münasibətdə yaşadığı 1981-ci il təvəllüdlü Asif Səmədov (adlar şərtidir – red.) tərəfindən şiddətə məruz qaldığını bildirib.  

O bildirib ki, Asif ona şiddət göstərib, spirtli içkilər qəbul edərək onu narahat edib, təhqir edib. Zərərçəkmiş izahatında Asif tərəfindən döyüldüyünü də bildirib.  

Asif isə izahatında göstərib ki, birlikdə yaşadığı Leyla ilə aralarında mübahisə yaranıb və bu səbəbdən onu itələyərək xəsarət yetirib. Asifin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.  
Suraxanı rayon Məhkəməsinin qərarı ilə Asif 20 gün müddətinə inzibati qaydada həbs edilib.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO