Postmüharibə SİNDROMU – Azərbaycanda qazilərimizlə bağlı hansı işlər görülməlidir?

Postmüharibə SİNDROMU – Azərbaycanda qazilərimizlə bağlı hansı işlər görülməlidir?

Hazırda oxunan: Postmüharibə SİNDROMU – Azərbaycanda qazilərimizlə bağlı hansı işlər görülməlidir?

83689

Postmüharibə sindromu bütün dövlətlər üçün ağır olur. Çünki, dəhşətli ölüm səhnələri döyüşdən qayıdan əsgərləri uzun müddət tərk eləmir. Bir çox hallarda bu cür insanların dinc cəmiyyətə reinteqrasiyası çox ağrılı keçir.

Sovet höküməti faşist Almaniyasına qalib gəldi, amma...

Amma müharibədə 25 milyon insan itirdi. Bundan əlavə 10 milyonlarla insan əlil oldu. Müharibədən çıxmış zəif bir dövlət üçün 10 milyonlarla insanın sosial problemini həll etmək imkanları yox dərəcəsində idi.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkə JURNALİSTİKASI - Qaziləri intihara təhrik edən neçə SƏBƏB VAR? 


Ona görə də nəhəng Sovetlər birliyində müharibə dəhşətlərini görmüş insanların reabilitasiyasına nə az, nə çox düz 30 il vaxt sərf eləmişdi. Bununla belə intiharların və özünütəcridlərin qarşısı tamamilə alınmadı. Və dinc quruculuq dövründə müharibədəki itirilərdən daha çox insanın həyatı qaraldı.

ABŞ əsgərləri üçün “Vyetnam sindromunun” acı nəticələri

Dünyanın ən sivil ölkələrindən biri sayılan ABŞ-da da müharibə veteranları zaman-zaman nicatı intiharda görüblər. Xüsusilə də dəhşətli Vyetnam müharibəsindən sonra ABŞ-da böyük bir nəsl müharibə sindromundan çıxa bilmədi.

On minlərlə amerikalı əsgər intihar etdi, dəlixanaya düşdü. Vyetnam müharibəsinin sindromu ilə bağlı Hollivud onlarla kinofilm ərsəyə gətirdi. Xatırladaq ki, ABŞ-ın Veteranların işləri üzrə Komitəsi İraq və Əfqanıstan müharibəsində iştirak etmiş 4 800 qadın və kişinin tarixini araşdırıb.

Onlar İraq və ya Əfqanıstanda ezamiyyətdə bir dəfə olublar. Həmin insanlarla üç dəfə söhbətlər aparılıb. Bununla belə, araşdırma nəticəsində onlarda (6,1 faiz kişi və 6,7 faiz qadında) posttravmatik stress pozğunluğu müəyyən edilib.
Qadın və kişilərin sarsılmasının ağırlığı bir-birindən fərqlənməyib.

Məğlub olan ölkələrin “müharibə sindromu” daha dəhşətli olur

Dəhşətli müharibədən məğlub çıxan Almaniyada yüzminlərlə insan diskriminasiyaya məruz qaldı. Üzləşdikləri ağır həyat tərzinə uyğunlaşa bilməyən yüz minlərlə insan nicatı intiharda gördü. 44 günlük müharibənin məğlub tərəfi olan Ermənistanda isə bu gün əsgər və müharibə əlillərinin heç bir hörməti yoxdur.

Orada baş verən intiharlar, keçmiş döyüşçülərin quldurluq hərəkətləri və cəmiyyətlə uzlaşmada yaşadıqları problemlər günbəgün artır. Çünki onların öyünəcəyi elə bir fakt da yoxdur, ona görə də oradakı qarşdurma və intiharlar normaldır. İstənilən halda müharibə sindromu istər qalib, istər məğlub xalqlar üçün ağır keçir. 

Və çox təəssüf ki, bu gün bizim cəmiyyət də bu sindromun məngənəsindədir. Müharibədə gördüyü dəhşətli ölüm mənzərələrini hafizəsindən silə bilməyən qazilərimiz günün reallıqlarına alışa, keçirdikləri dərin psixoloji sarsıntından heç cür qurtula bilmirlər. Və çox zaman çıxış yolunu intiharda görür.

Məsələ təkcə onların sosial problemlərinin həll olunması ilə bağlı deyil. Onlar 44 gün silah, raket, top səsi eşidib. Hər gün öləcəklərini, şəhid olacaqlarını gözləyiblər. Bu insanları yuxudan top səsinə oyanıblar.

Onlar “n” qədər əsgər, hərbçi yoldaşlarını qan içində görüblər. Qazilər bədənlərində yaralarla yanaşı, mənəvi cəhətdən psixoloji travma da alıblar. Və bu hal onları indi də sakit qoymur.
Bir sözlə, intiharlar postmüharibə dövrünün ilk illəri üçün sosial bəla sayılır. Bu bütün dövlətlərdə belədir. 

Anti-intihar tədbirlərinə nədən başlamalıyıq?

Ona görə də qazi intiharlarını qeyri-obyektiv şəkildə ictimailəşdirmək və bu intiharların günahını məmur özbaşnalığında görmək ən azından ədalətsizlikdir. Vətənini və onun qalib oğullarını sevənlər hər bir vətəndaş bu mənada intiharların qarşısını almaq işində hökümətin qarşısında yox, yanında olmalıdır.

Ən azında sosial gərginlikdən qaçılmalıdır. Vəziyyətin düzəlməsi üçün təkliflər paketi hazırlanmalıdır. Postmüharibə dövründə qazilərin normal həyata uyğunlaşması və yaşadığı dəhşətləri unutmaq üçün inkişaf etmiş ölkələrdə müxtəlif mexanizmlər var.

Məsələn, müharibə veteranlarının psixoloji durumunu sağlamlaşdırmaq üçün reabilitasiya mərkəzləri yaradılır. Pulsuz psixoloji yardımlar göstərilir. Veteranlar davamlı olaraq pansionatlara göndərilir. Onların gündəlik həyatlarının və davranışlarının öyrənilməsi üçün qrant layihələr həyata keçirilir.

Bir sözlə bütün ölkə səfərbər olur ki, müharibədə mənəvi və fiziki travma alan vətəndaşlar normal həyata daha tez alışsın. 

Ədalət naminə deyək ki, ölkəmizdə bu istiqamətdə xeyli iş görülüb. Müxtəlif reabilitasiya tədbirləri həyata keçirilib. Amma görünən odur ki, həyata keçirilən tədbirlər tam və davamlı deyil. Yalnız müraciət edənlər diqqətə alınır.
Bəzi qazilərimiz var ki, özünəqapanmış şəraitdə yaşayır. Və müharibədə aldığı travmaları hələ sağaltmamış qazilərimiz cəmiyyətdə üzləşdikləri hansısa olayı sakit tərzdə qəbul edə bilmirlər. Və çıxış yolunu intiharda görürlər. Ona görə də qazilərimizlə davranış, onların qayğısına həssas şəkildə yanaşmaq cəmiyyətdə hər bir kəsin vacib işi olmalıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO