Ötən sutka 137 yanğın olub, 6 nəfər xilas edildi 

Ötən sutka 137 yanğın olub, 6 nəfər xilas edildi 

Hazırda oxunan: Ötən sutka 137 yanğın olub, 6 nəfər xilas edildi 

83649

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 137 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5 nəfər xilas edilib.

Həmçinin, Bakı-Qazax avtomobil yolunda “DAF” markalı yük, “Mercedes” və "ВАЗ" markalı minik avtomobillərinin toqquşması nəticəsində deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1978-ci il təvəllüdlü Sadıqov İlham Əli oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO