İsti döşəmələr xərçəng xəstəliyinə səbəb olur – Ekspertlər həyəcan təbili çaldı

İsti döşəmələr xərçəng xəstəliyinə səbəb olur – Ekspertlər həyəcan təbili çaldı

Hazırda oxunan: İsti döşəmələr xərçəng xəstəliyinə səbəb olur – Ekspertlər həyəcan təbili çaldı

8364

Sön dövrlər mənzillərin isti döşəmə ilə təchiz olunması dəb halını alıb. İlk baxışdan bu, rahatlıq yaradır, ayaqlar həmişə isti olur. Lakin heç kəs isti döşəmələrin fəsadlarının fərqinə belə varmır. Mütəxəssislərin fikrincə, isti döşəmə ilk növbədə evdəki havanı həddən çox qurudur.  Nəmi çəkmək dərəcələri o qədər yüksək olur ki, yaxşı havalandırma belə problemi həll edə bilmir.

Mövzunu radioloq Aydın Əliyevlə davam etdirdik. O, Bizim.Media-ya açıqlamasında tikinti materiallarında uran və radium kimi radioaktiv maddələrin miqdardan artıq olduğunu dedi:

“Bunun üçün evdə dozimetr adlanan cihaz olmalıdır. Bu cihaz şüalanmanı ölçür. Yaxşı olardı ki, evdə isti döşəmə quraşdırılarkən cihazla mənzilin radiasiya dərəcəsi ölçülsün. Bəzi ərazi və binalarda yaşayan insanlarda şiş xəstəliyinə rast gəlinir. Bunun səbəbi daha çox radiasiyanın təsirindəndir”.

“Azəristiliktəchizat” ASC mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev söyləyir ki,  çoxmənzilli yaşayış binalarının isti döşəmə ilə təchiz olunması nəzərdə tutulmayıb:

“Yeni tikililərin mənzillərində döşəmə altı istilik sistemi quraşdırılırsa, istər-istəməz xətdə təzyiq aşağı düşür. Və texnoloji ardıcıllıq pozulur. Nəticədə digər mənzillərin istilik təchizatında problem yaranır. Amma fərdi yaşayış evlərində  isti döşəmədən istifadə oluna bilər. Bina tikilərkən bütün istilik sistemləri layihələndirilməlidir. İsti döşəmələr isə bina evlərində quraşdırılmamalıdır”.

Mütəxəsis Eldar Həsənov isə bildirir ki, isti döşəmə radiasiya ilə yanaşı karbon dioksidin mənbəyidir, yəni döşəməni alt hissədən şişirdir:

“Belə ki, isti döşəmənin alt hissəsində karbon dioksid yığılır. Bu, evin atmosferində əhəmiyyətli dərəcədə sürətlənən təbii proseslər nəticəsində baş verir. Problem yalnız aktiv ventilyasiya quraşdırılaraq həll edilə bilər. Bunu bina evlərində etmək çətindir. Ümumiyyətlə isti döşəməni müştəri təchiz edərkən  çox düşünməlidir. Xətdə hansısa nazaslıq olanda onu sonradan təmir etmək də baha başa gəlir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO