Bu gün sosial şəbəkədə Ağdaş rayon sakini olan qazi Məmmədov Elvin Elçin oğlunun Türyançay sahilində intihara cəhd etdiyi barədə məlumat yayılıb. Onun intihar məqdədilə özünü yandırdığı, vəziyyətinin kritik olduğu qeyd edilib.
Hüquq-mühafizə orqanlarından Bizim.Media-ya bildirilib ki, bu gün Ağdaş rayonunda belə fakt qeydə alınmayıb.
APA-nın yerli bürosunun apardığı araşdırma nəticəsində bəlli olub ki, 1995-ci il təvəllüdlü Elvin Məmmədov iyulun 10-da yanıq xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına daxil olub, ona ilkin yardım göstəriləndən sonra Bakıya Nərimanov Tibb Mərkəzinə təxliyyə edilib.
Elvin Məmmədov özü də bildirib ki, onun intihara cəhd etməsi barədə xəbər yalandır.
O, çay kənarında özünə məxsus kafedə manqalda ehtiyatsızlıqdan xəsarət aldığını qeyd edib:
"Mən intihar məqsədilə özümü yandırmamışam. Manqalda kabab bişirən zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri almışam. Hazırda vəziyyətim normaldır".
Xəstəxanadan bildirilib ki, E. Məmmədov bədənin döş qəfəsinin, qarın nahiyyəsinin sol qolun, əlin termiki alov yanığı ilə daxil olub. Onun vəziyyəti qənaətbəxşdir, yaxın günlərdə evə buraxılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:57 / 13.07.2022
Qazi Elvin Məmmədov: "İntihara cəhd etməyim xəbəri yalandır"
Hazırda oxunan: Qazi Elvin Məmmədov: "İntihara cəhd etməyim xəbəri yalandır"
Hazırda oxunan: Qazi Elvin Məmmədov: "İntihara cəhd etməyim xəbəri yalandır"
83624
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.